May
2020
18:20
52
774
5146
Virtual karabakh

Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir - VİDEO

2 May, 2020
18:20
5146

Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İctimaiyyətin sevimlisi, SSRİ və Azərbaycanın görkəmli estrada müğənnisi və bəstəkarı Polad Bülbüloğlu pərəstişkarlarını Moskvada bir araya toplayacaq.

Beləliklə, mayın 4-də saat 22:50-də (Bakı vaxtı ilə 23:50-də - red.) lirik tenor sahibi, pedaqoq, aktyor, sənətşünaslıq doktoru, professor, siyasi və ictimai xadim, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın NTV telekanalının izləyicilərini 75 illik yubileyinə həsr olunmuş konsertə dəvət edir.

“Dostlar üçün axşam”  (“Veçer dlya druzey”) adlı musiqili gecə Moskva Müzikl Teatrının səhnəsində baş tutacaq.

Adı Sovet İttifaqının hər bir guşəsində məşhur olan sənətçi ən sevilən mahnılarını ifa edəcək: “Zəng et”, “Kak jili mı boryas” ("Qorxma, mən səninləyəm" filmindən mahnı), “Uxaju” (“Gedirəm”), “Vodopad” (“Şəlalə”), “Gözlə məni” və bir çox başqaları.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri