28 
May
2020
20:57
66
232
3253
Virtual karabakh

“Yoluxma” filmində oynayan məşhur aktrisa koronavirusa yoluxub

28 May, 2020
20:57
3253

“Yoluxma” filmində oynayan məşhur aktrisa koronavirusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış fransalı aktrisa Marion Kotiyar koronavirusa yoluxub. Bu barədə “Paris Match” xəbər yayıb.

“Yoluxma” filminin ulduzunun sevgilisi Giyom Kane də COVID-19-a yoluxduğunu deyib. Aktyor təfərrüatlar barədə məlumat verməsə də, həyəcanlanmalı bir şeyin olmadığını, xəstəliyin yüngül formada keçdiyini deyib.

Qeyd edək ki, 44 yaşlı Kotiyar “Taksi”, “Başlanğıc”, “Böyük balıq”, “Parisdə gecə yarısı”, “Yaxşı il”, “Çəhrayı rəngli həyat” və s. filmlərdə iştirak edib.

Kane isə “Gözəl dövr”, “Çimərlik”, “Sadəcə bir yerdə”, “Heç kimə demə”, “Ötən gecə Nyu-Yorkda” kimi filmlərdə rol alıb.

Bundan başqa o, Kotiyarla birlikdə “Cəsarətin varsa, mənə vurul” filmində çəkilib.

Məşhur cütlük 2007-ci ildən bir yerdədir. 2011-ci ildə onların oğulları dünyaya gəlib, ancaq rəsmi nikaha girməyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri