İyn
2020
11:45
77
42
2591
Virtual karabakh

Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA

4 İyn, 2020
11:45
2591

Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Bu barədə Oxu.Az-a abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O bildirib ki, abidənin ucaldılacağı məkan artıq qərarlaşdırılıb:

“Arif Məlikovun birinci abidəsi Fəxri Xiyabanda ucaldılıb. İkinci abidənin isə Milli Konservatoriyanın bağında ucaldılması planlaşdırılır. Yaxında abidənin layihəsini hazırlamağa başlayacağam.

Abidə postamentlə birlikdə altı metrə yaxın olacaq. Arif Məlikovun abidəsini mərmərdən hazırlayacağam, digər abidəsindən fərqli, daha orijinal olması üçün çalışacağam. Abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsini planlaşdırırıq”.

Ö.Eldarov həm də Müslüm Maqomayevin Dənizkənarı Milli Park ərazisində ucaldılacaq heykəli ilə bağlı işlərin gedişatından da danışıb:

“Biz artıq heykəlin hazırlanmasına başlamışıq. Müslüm Maqomayevin abidəsi isə təxminən il yarımdan sonra təhvil verilə bilər”.

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. Ötən il mayın 17-də Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri