18 
İyn
2020
00:05
22
248
6906
Virtual karabakh

Xalq rəssamı vəfat edib

18 İyn, 2020
00:05
6906

Xalq rəssamı vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də vəfat edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov məlumat verib.

Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Mayis Ağabəyov milli kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardandır.

Mayis Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. 1972-ci ildə Rəssamlar İttifaqına üzv seçilib.

Onun əsərləri dəfələrlə respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. M.Ağabəyov əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaradıb. “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olub.

M.Ağabəyov 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara sənətin sirlərini öyrədib, 2006-cı ildən 2010-cu ilin oktyabr ayınadək akademiyanın akademik rəngkarlıq kafedrasına rəhbərlik edib.

Onun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib və 2000-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülüb. 2004-cü ildən Prezident təqaüdçüsü olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri