21 
İyn
2020
03:20
34
246
4651
Virtual karabakh

Məşhur aktyor yetkinlik yaşına çatmayan qıza təcavüzdə ittiham olundu - FOTO

Amerikalı aktyor Ensela Elqort yetkinlik yaşına çatmayan uşağı zorlamaqda günahlandırılıb.

Bu barədə “Daily Mail” yazıb.

Qeyd olunur ki, 2014-cü ildə aktyor “Snapchat”da Qabbi adlı 17 yaşlı qızla tanış olub. O vaxt Elqortun 20 yaşı olub. Qızın dediyinə görə, aktyor ilk görüşdə ona təcavüz edib.

“İlk dəfə olduğunu bilə-bilə məndən cinsi əlaqəyə girməyi istəyib-istəmədiyimi soruşmadı. Ağrıdan ağlayırdım və bunu etmək istəmirdim”, - deyə Qabbi bildirib.

Qız aktyorun tələbi ilə uzun illər bu barədə susduğunu da deyib. Qabbi izah edib ki, Elqort baş verənləri heç kimə söyləməməsini xahiş edib, çünki bu, onun karyerasına zərər verə bilərdi.

Qabbi posttravmatik stres pozğunluğundan və panik tutmalardan əziyyət çəkdiyi üçün hələ də psixoloqun qəbuluna getdiyini deyib.

Elqortun nümayəndələri məlumatı şərh etməyiblər.

Amerikalı aktyor, müğənni və DJ (Ansølo ləqəbi ilə) Ensel Elqort “Divergent”, “The Fault in Our Stars”, “ Baby Driver”, “Billionaire Boys Club” və “The Goldfinch” filmlərindəki rolları ilə məşhurdur. 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri