25 
İyn
2020
10:14
113
42
4246
Virtual karabakh

“Küləklə sovrulanlar” filmi ekranlara qayıdır

25 İyn, 2020
10:14
4246

“Küləklə sovrulanlar” filmi ekranlara qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Küləklə sovrulanlar” filmi prokata qayıdır.

“The Hollywood Reporter” xəbər verir ki, afroamerikalı Corc Floydun polis səhlənkarlığı nəticəsində ölümündən sonra film irqçilik probleminə görə izlənmədən götürülmüşdü.

Film yenidən platformaya çıxacaq, lakin yeni məzmun və diskleymerlə tamamlanacaq. Ekran əsərini izləməyə başlamazdan əvvəl tamaşaçılara Çikaqo Universitetinin professoru Jaklin Stüartın “Küləklə sovrulanlar”ın kontekstindən bəhs edəcəyi videoçarx göstəriləcək.

Videoda müharibədən əvvəlki cənubun romantizasiyası və qaradərili qəhrəmanların stereotipik obrazı ilə əlaqədar filmə dəfələrlə etiraz olunduğu və başqa məsələlər yer alır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri