21 
İyl
2020
15:06
31
169
5360
Virtual karabakh

Şarliz Teron son filminin çəkilişlərinə görə üç dəfə əməliyyat olunub - VİDEO

21 İyl, 2020
15:06
5360

Şarliz Teron son filminin çəkilişlərinə görə üç dəfə əməliyyat olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa Şarliz Teron “The Old Guard” filminin çəkilişlərinə görə üç dəfə əməliyyat olunub.

“Stellar Magazine”in məlumatına görə, bu barədə Hollivud ulduzunun özü açıqlama verib.

O bildirib ki, “Netflix” üçün yeni döyüş filmi üzərində işləyərkən 44 yaşlı artist bir çox fəndləri özü həyata keçirib, bu isə müxtəlif xəsarətlərə səbəb olub: baş barmağının bağı qırılıb, dirsək siniri əzilib, bununla da əlinin idarəetməsini, demək olar ki, itirib.

“Film bitəndən sonra anladım ki, üç əməliyyata ehtiyac var”, - deyə Ş.Teron bildirib.

O, travmalara baxmayaraq, çəkilişlərdə sona qədər iştirak etdiyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri