23 
İyl
2020
08:23
303
31
8616
Virtual karabakh

“Netflix” homoseksual personaja görə türk serialının çəkilişini ləğv etdi

23 İyl, 2020
08:23
8616

“Netflix” homoseksual personaja görə türk serialının çəkilişini ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Netflix” striminq xidməti “Şimdiki Aklım Olsaydı” türk serialının çəkilişini homoseksual personaja görə ləğv edib.

Bu barədə “Financial Times” xəbər yayıb.

Məlumata görə, Türkiyə hökuməti homoseksual personaja görə yeni layihənin müəlliflərinə lisenziya verməkdən imtina edib.

“Şimdiki Aklım Olsaydı” serialının ssenari müəllifi Ece Yorenç filmdə həmcins münasibətlərin nümayiş olunmadığını bildirib. Bununla belə, çəkilişlərə başlamaq üçün ssenaridən homoseksual xarakteri çıxarmağın mümkünlüyünü vurğulayıb. Bundan sonra hökumətdən çəkilişlər üçün icazə alınıb.

Lakin “Netflix” Türkiyə Televiziya və Radio Qurumu (RTÜK) ilə görüşdən sonra serialın çəkilişlərindən imtina edib. Onlar bunun prinsip məsələsi olduğunu deyiblər və ssenarinin dəyişməyəcəyini qətiyyətlə bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri