30 
İyl
2020
09:06
10
50
2552
Virtual karabakh

“Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı

30 İyl, 2020
09:06
2552

“Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin ən yaxşı teleserialları, şouları və televiziya proqramları üçün 72-ci “Emmy” mükafatına namizədlər açıqlanıb.

Lenta.ru-nun məlumatına görə, mükafata namizədlərin tam siyahısı Amerika Televiziya Akademiyasının rəsmi saytında dərc olunub.

HBO-nun “Watchmen” serialı nominasiyaların sayına görə (26) liderdir.

“Amazon”un layihəsi olan “The Marvelous Mrs. Maisel” 20 nominasiya ilə siyahıda ikincidir. “Curb Your Enthusiasm”, “Dead to Me”, “The Good Place”, “Insecure”, “The Kominsky Method”, “Schitt's Creek” və “What We Do in the Shadows” serialları da bu nominasiyalar uğrunda mübarizə aparacaq.

“Netflix”in “Ozark” və HBO-nun “The Heirs” hər biri 18 nominasiya alıblar.

Bundan başqa “Better Call Saul”, “The Crown”, “The Handmaid's Tale”, “Killing Eve”, “Stranger Things” və “The Mandalorian” da namizədliklərini irəli sürüblər.

Ümumilikdə “Netflix” xidməti müxtəlif kateqoriyalar üzrə 160 nominasiya alıb. HBO kanalı isə “Emmy”nin 107 heykəlinə namizəddir.

“Emmy - 2020” mükafatının təqdimetmə mərasimi sentyabrın 20-də Los-Ancelesdə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri