10 
Avq
2020
15:33
25
132
2401
Virtual karabakh

Tanınmış qarmon ustadı Teyyub Dəmirovun ölümündən 50 il ötdü - VİDEO

Dünən tanınmış qarmon ustadı Teyyub Dəmirovun vəfatından əlli il ötüb.

Oxu.Az xəbər verir ki, Teyyub Hacı Məmməd oğlu Dəmirov 25 aprel 1908-ci ildə Bakıda doğulub.

O, 1941-ci ildən Əhməd Bakıxanovun bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Ansamblında qarmon ifaçısı kimi çalışıb.

Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutub.

O, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olub. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı, bir sıra rənglər və dəramədlər də bəstələyib.

T.Dəmirov Azərbaycan qarmonunun inkişafında mühüm xidmətlər göstərib.

Ustad sənətkar 9 avqust 1970-ci ildə Bakıda vəfat edib. Onun ifasında səsləndirilən “Bayatı-Şiraz”, “Segah”, “Rast”, “Zabul”, “Bayatı-Qacar”, “Şur” muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.

1930-cu ildə sənətkarın ifa etdiyi əsərlərdən ibarət val çıxarılıb.

2015-ci ildə Avropa Oyunlarının açılışında sənətkarın adını daşıyan “Teyyub” rəqsi səsləndirilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri