Sen
2020
20:51
389
80
4158
Virtual karabakh

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görülüb - FOTO

3 Sen, 2020
20:51
4158

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.

MN-dən Oxu.Az-a verilən məlumata görə, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.

Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.

Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci, “Rəqs ritmləri” nominasiyası üzrə isə ikinci yerə layiq görülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri