Sen
2020
11:28
70
6
1168
Virtual karabakh

Azərbaycan Milli Xalça Muzeyi ustad dərslərinə başlayır - FOTO

8 Sen, 2020
11:28
1168

Azərbaycan Milli Xalça Muzeyi ustad dərslərinə başlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Xalça Muzeyi tamaşaçılarını növbəti yenilikləri ilə sevindirir. 

Belə ki, həftənin dörd günü fəaliyyət göstərən muzeydə hər ikinci gün uşaqlar və böyüklər üçün ustad dərsləri keçiləcək. Ziyarətçilər muzeyə gəlməklə həm zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, həm də onlar üçün yaradılan bu şansı dəyərləndirə bilərlər.

10:00 - yumşaq oyuncağın hazırlanması (5 AZN)

11:00 - suvenir xalçanın hazırlanması (5 AZN)

12:00 - kətan üzərində rəsm (7 AZN)

14:30 - xovsuz xalça “şəddə”nin toxunması (5 AZN)

15:30 - fetrdən milli nağıl qəhrəmanının əks olunduğu çantanın hazırlanması (5 AZN)

16:30 - milli geyim nümunələrinin yun saplarla bəzədilməsi (3 AZN)

Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin ediləcək.

Qeyd edək ki, 6 yaşdan aşağı uşaqlar üçün muzeyə giriş pulsuz, məktəblilər üçün isə 3 AZN-dir. Burada mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır.

Beləliklə, vaxtınızı maraqlı və səmərəli keçirmək istəyirsinizsə, övladlarınızın əylənərək öyrənməsini arzulayırsınızsa, Azərbaycan Milli Xalça Muzeyinə gəlin! Tələsin, yerlər məhduddur.

Ustad dərslərinə yazılmaq üçün əlaqə:

(012) 497 20 57
+994558603022

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri