10 
Sen
2020
09:00
8
48
1995
Virtual karabakh

Benksinin sabiq agenti anonim rəssam haqqında danışdı - FOTO

10 Sen, 2020
09:00
1995

Benksinin sabiq agenti anonim rəssam haqqında danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Benksi – çox güclü konsepsiyadır. Sirli müəllifin adının heç vaxt açıqlanmayacağını düşünürəm”.

“Zvezda”nın məlumatına görə, bu sözləri anonim rəssamın sabiq agenti Stiv Lazarides deyib.

O, həmçinin rəssamın əsərlərindən ibarət şəxsi kolleksiyasını satışa çıxardığını bildirib. Məhsullar arasında şahzadə Diananın təsviri olan məşhur saxta əskinas da var.

“Benksi divanədir. Mən onu mədəni dahi hesab edirəm. O, heç bir zaman sadə qraffitiçi olmayıb və həmişə performansa bənzər nəsə edib”, - deyə sabiq agent bildirib.

Qeyd edək ki, ingilis “anderqraund strit-art” rəssamı və siyasi fəal Benksinin kimliyi barədə artıq neçə illərdir ki, qızğın mübahisələr gedir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri