Sen
2020
17:36
130
48
1923
Virtual karabakh

Deputat “Köhnə hamam”a görə Mədəniyyət nazirinin birinci müavininə sorğu göndərdi - FOTO

Milli Məclisin deputatı Kamal Cəfərov Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova Sabirabadın 120 yaşlı “Köhnə hamamı” ilə əlaqədar deputat sorğusu göndərib.

Bu barədə Oxu.Az-a məlumat verən deputat qeyd edib ki, sorğuda hamamın dövlət büdcəsi hesabına təmir edilməsinin vacibliyi vurğulanıb.

Həmin hamam Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyət daşıyan tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Hazırda Sabirabadın tarixi əhəmiyyətli hamamının təmirə və restavrasiyaya ehtiyacı var.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri