11 
Sen
2020
13:46
36
131
3087
Virtual karabakh

“Nə? Harada? Nə zaman?” teleoyununun veteranı vəfat edib

11 Sen, 2020
13:46
3087

“Nə? Harada? Nə zaman?” teleoyununun veteranı vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nə? Harada? Nə zaman?” (“Çto? Qde? Koqda?”) intellektual teleoyunun veteran oyunçusu Mixail Smirnov 64 yaşında vəfat edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə mərhumun komanda yoldaşı Maksim Potaşev özünün “Facebook” hesabından xəbər verib.

“Bu gün Mişa Smirnov – köhnə dostum və teleklubun ilk kapitanı aramızdan ayrıldı. O, çox mehriban və parlaq insan idi”, - deyə Potaşev yazıb.

Smirnov 1988-2010-cu illərdə “Nə? Harada? Nə zaman?” teleoyununun kapitanı olub. Komandaya Maksim Potaşev, Boris Levin, Leonid  Timofeyev və digər tanınmış oyunçular daxil olub.

Potaşevin sözlərinə görə, dostu insultdan dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri