18 
Sen
2020
19:24
182
65
1414
Virtual karabakh

Azərbaycanda ilk dəfə açıq havada tamaşa premyerası olub

Sentyabr 18-də Şamaxıda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutub.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa "Apardı sellər Saranı" dastanının motivləri əsasında hazırlanıb. 

Tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunub və nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. 

Aktyorlar tamaşanı məkan olaraq tarixi abidələr sayılan Kələxana türbələrində oynayıblar. 

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb. Tamaşa boyu şərt və tələblərə əməl olunub.

Tamaşanı Əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirib. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimovdur. 

Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və başqaları oynayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri