23 
Sen
2020
17:42
53
97
2546
Virtual karabakh

Bakı, Gəncə və Qəbələ “Öyrənən şəhərlərə” qoşuldu

23 Sen, 2020
17:42
2546

Bakı, Gəncə və Qəbələ “Öyrənən şəhərlərə” qoşuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının üç şəhəri – Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

“UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır.  Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub.

Bu münasibətlə 23 sentyabrda Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı videogörüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur”, - deyə XİN-dən bildirilib.

Üç şəhərin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz, aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur.

UNESCO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir.

Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür.

Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri