29 
Sen
2020
10:30
208
370
3634
Virtual karabakh

“Avatar 2”nin çəkilişləri bitdi

“Avatar 2”nin çəkilişləri başa çatıb.

“Cinema Blend”in xəbərinə görə, bu barədə filmin rejissoru Ceyms Kameron məlumat yayıb.

“İkinci hissəni tam bitirmişik, “Avatar-3”ün isə çəkilişlərini təxminən 95 faiz tamamlamışıq”, - deyə o bildirib.

Koronavirus pandemiyası səbəbindən çəkilişlərin dayandırılmasından şikayətlənən rejissor bu səbəbdən “Avatar 2”nin premyerasının bir il təxirə salındığını deyib.

İlkin məlumatlara görə, təqdimat 2022-ci ilin dekabrın 16-na təyin olunub.

Qeyd edək ki, “Avatar” 2009-cu ildə ekranlara verilib. 237 milyon dollarlıq büdcəsi olan bu lent dünya kassalarında 2.7 milyard dollardan çox qazanıb və on il ərzində ən çox gəlir əldə edən film olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri