Okt
2020
20:12
1765
60
5024
Virtual karabakh

Şirin Məlikova: “Cəbrayıl qız-gəlinləri öz al-əlvan xalçalarını yenidən dədə-baba yurdlarında toxuyacaq”

5 Okt, 2020
20:12
5024

Şirin Məlikova: “Cəbrayıl qız-gəlinləri öz al-əlvan xalçalarını yenidən dədə-baba yurdlarında toxuyacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əsrlərlə bu torpaqda toxunan xalçalar öz el-obasının həsrətində idi. Artıq bu intizara son qoyuldu! Cəbrayıl qız-gəlinləri öz al-əlvan xalçalarını yenidən dədə-baba yurdlarında toxuyacaq”.

Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Facebook” hesabında yazıb.

“Əziz həmvətənlər! Ali Baş Komandan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü nəticəsində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin azad olunması xəbərini böyük qürur və iftixar hissi ilə qeyd edirik. Xalqımızı bu qələbə münasibəti ilə ürəkdən təbrik edirik! Allah Azərbaycan əsgərini qorusun! Qarabağ Azərbaycandır!”, - deyə Ş.Məlikova bildirib.

Şirin Məlikova həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz Cəbrayıl xalçalarını və Xudafərin körpüsünün fotosunu təqdim edib:

1. On beş tağlı Xudafərin körpüsünün ümumi görünüşü. XI-XII əsrlər. Cəbrayıl

2. Xalça “Xanlıq”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. XIX əsr. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

3. Xalça “Cəbrayıl”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

4. Xalça “Cəbrayıl”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. 1930-cu illər. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri