Okt
2020
11:24
766
63
14144
Virtual karabakh

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, Penelopa Krusa təşəkkür etdilər - FOTO

6 Okt, 2020
11:24
14144

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, Penelopa Krusa təşəkkür etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, bütün dünyada özlərini biabır ediblər.

Belə ki, məşhur ispaniyalı aktrisa və model Penelopa Krus rol aldığı yeni “355” filminin üz qabığının şəklini özünün “Instagram” hesabında yayımlayıb. Əsas fotoda Penelopa Kolumbiya bayrağının qarşısında dayanır.

Erməni sosial media istifadəçiləri isə bayrağı səhv salaraq aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar Ermənistana dəstək mesajı göndərdiyini düşünüblər və şəklin altında heyranlıq dolu şərhlər dərc etməyə başlayıblar.

Belə görünür ki, bəzi ermənilər nəinki ölkələrinin tarixini bilmirlər, hətta öz bayraqlarını belə tanımırlar. Aktrisanın azərbaycanlı abunəçiləri ermənilərə səhvlərini göstəriblər.

Penelopa Krusun rol aldığı “355” filminə gəldikdə isə burada beş qadının güclü silahlara sahib qlobal təşkilata qarşı mübarizəsindən bəhs olunur. Filmin qəhrəmanları “355” kod adlı bir qrup yaradaraq dünyanı tam xaosa qərq olmaqdan qurtarmağa çalışırlar. Filmdə baş rolları Sebastyan Stan, Cessika Çesteyn, Lupita Nionqo, Dayan Kruger, Penelopa Krus oynayırlar.

Filmin 2021-ci ildə ekranlara verilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri