14 
Okt
2020
05:37
206
204
8298
Virtual karabakh

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

14 Okt, 2020
05:37
8298

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Quzuların səssizliyi” adlı filmin çəkildiyi Perriopolisdəki ev (Pensilvaniya, ABŞ) 300 000 dollara (510 000 AZN) satışa çıxarılıb.

Bu barədə “10 Philadelphia” xəbər yayıb.

Bina filmdəki personajlardan biri - Buffalo Bill ləqəbli manyak üçün “ev” rolunu oynayıb.  Filmin ekranlara çıxdığı 1991-ci ildən bəri ev praktik olaraq dəyişməz qalıb. Yeganə fərq zirzəmidə nəhəng bir çuxurun olmamasıdır (səhnə pavilyonda lentə alınıb).

Evin özü 1910-cu ildə tikilib. Binanın həyətində hovuz, həmçinin üç avtomobil üçün ayrıca qaraj var. Satıcının dediyinə görə, içəridəki hər şey döşəmələr, taxta dekorasiya əşyaları, lampalar, qapılar və hətta kaminlər orijinal vəziyyətdə qorunub saxlanılıb.

“Bizə zəng vuran, mesaj yazan çox sayda insan var. Onlar ev ilə maraqlanmadıqlarını, yalnız filmi sevdiklərini deyirlər. Bu dəlilikdir, filmin bu qədər pərəstişkarı olduğunu bilmirdim”, - deyə rieltor bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri