22 
Okt
2020
02:32
51
365
8965
Virtual karabakh

Tarixin ən qorxulu dəhşət filmləri açıqlandı

22 Okt, 2020
02:32
8965

Tarixin ən qorxulu dəhşət filmləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Broadbandchoices” şirkətindən olan britaniyalı alimlər tarixin ən qorxulu dəhşət filmləri barədə araşdırma aparıblar. Belə ki, mütəxəssislər ən yüksək reytinqə sahib olan dəhşət filmlərini seçərək təcrübə iştirakçılarına nümayiş ediblər və bu zaman onların nəbzini izləyiblər.

Bu barədə “Forbes” xəbər yayıb.

Nəticələrə əsasən, elm adamları ən qorxulu dəhşət filminin Skott Derriksonun rejissoru olduğu “Sinister” (2012) olduğu qənaətinə gəliblər. Onu seyr edərkən təcrübədə iştirak edənlərin nəbzi dəqiqədə 86 atışa yüksəlib. Bu, orta göstəricidən 1/3 çoxdur.

İkinci yerdə 2010-cu ildə rejissor Ceyms Vanq tərəfindən çəkilən “Astral” filmi yer alıb. Bu filmi izləyərkən bəzi səhnələrdə tamaşaçıların nəbzi dəqiqədə hətta 133 atışa yüksəlib.

Vanqın 2013-cü ildə çəkilən başqa bir filmi – “The Conjuring” ən qorxulu dəhşət filmlərinin ilk üçlüyünü bağlayıb. Onun baxışı zamanı təcrübədə iştirak edənlərin ürəkləri dəqiqədə 85 atış sürəti ilə döyünüb.

Reytinqə “The Conjuring”in ikinci hissəsi, “Hereditary”, “Paranormal Activity”, “The Babadook”, “It”, “The Descent”, “The Visit” filmləri də daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri