23 
Okt
2020
12:17
229
23
3350
Virtual karabakh

Vəfat etmiş aktyorun namizədliyi “Oskar” mükafatına təqdim ediləcək - FOTO/VİDEO

23 Okt, 2020
12:17
3350

Vəfat etmiş aktyorun namizədliyi “Oskar” mükafatına təqdim ediləcək - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Netflix” yayım xidməti xərçəngdən vəfat edən aktyor Çedvik Bouzmanı “Oskar” mükafatına namizəd göstərəcək.

Bu barədə “Variety” xəbər yayıb.

Aktyor “Ma Raineys Black Bottom” filmindəki obrazı ilə “Ən yaxşı kişi aktyor” mükafatına namizəd göstəriləcək.

“Pulitzer” mükafatı laureatı Avgust Uilsonun pyesi əsasında ekranlaşdırılan əsər müğənni Ma Reyni, onun ambisiyalı zurna ifaçısı Levi və menecerlər arasındakı gərginlikdən bəhs edir.

“Ma Raineys Black Bottom”un dünya premyerası 2020-ci ilin dekabrın 18-nə planlaşdırılıb.

Xatırladaq ki, “Qara bəbir” filmi ilə geniş ictimaiyyət tərəfindən tanınan aktyor Çedvik Bouzman bu ilin avqust ayında bağırsaq xərçəngindən vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri