26 
Okt
2020
08:00
1454
27
5114
Virtual karabakh

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm” - VİDEO

26 Okt, 2020
08:00
5114

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla fəxr edirəm. Ordumuzla fəxr edirəm. Böyük liderimiz, ali baş komandanımız ilə fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm”.

Bu sözləri Xankəndində anadan olmuş Xalq artisti Fəxrəddin Manafov “Nargis magazine” “Instagram” səhifəsində yayımlanan “Bu bizim yaddaşımızdır, qanımızdır, tariximizdir... Bu bizim torpaqlarımızdır!” rubrikasında deyib. 

Qarabağımız haqqında xatirələrini bölüşən F.Manafov Azərbaycanın haqq yolunda olduğunu deyib:

“Cənab prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq, bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq”.

F.Manafov böyük şair  Arseniy Tarkovskovun şeirini səsləndirib və fikirlərini “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!” ifadələri ilə tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri