28 
Okt
2020
04:55
81
296
5104
Virtual karabakh

Qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsü təqdim edilib - FOTO

28 Okt, 2020
04:55
5104

Qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsü təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CW kanalı qaradərili super qəhrəman “Batwoman”ın yeni görüntüsünü təqdim edib.

Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

Məlumata görə, serialın davamında rol alacaq aktrisa Cavisiya Lesli “Instagram” hesabında super qəhrəman kostyumunu nümayiş etdirib.

Qəhrəman qadın qara və qırmızı rəngli dar kostyumda və üzünün yuxarı hissəsini əhatə edən maskada təsvir edilib. “Yarasa qadın” plaşdadır, saçları isə “afro” stilindədir.

“Tamaşaçıların bir siluetdən Betvumenin qaradərili qız olduğunu tanıması mənim üçün çox vacib idi. Dar kostyum və gözəl “afro” ilə biz bunu bacardıq!” – deyə Lesli bildirib.

Serial “Warner Bros. Television” tərəfindən “The CW Television Network” ilə birlikdə istehsal olunur.

Serialın ilk hissəsi 2019-cu ilin oktyabrında nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri