28 
Okt
2020
09:13
61
174
5419
Virtual karabakh

Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib - FOTO

28 Okt, 2020
09:13
5419

Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib.

Bu barədə REN TV kadrlar yayımlayıb.

Bildirilir ki, aktyor vizit kartına çevrilən saçlarını kəsdirib.

Bununla bağlı kadrlarda Kianu Rivzin tez-tez əlini başına çəkdiyi görünür, ehtimal ki, aktyorun özü də saçlarının olmamasına hələ alışmayıb.

Bundan başqa Hollivud ulduzunun arıqlamağı da diqqətdən yayınmayıb.

Pərəstişkarları Kianunun yeni görünüşünü bəyənməyiblər. Onların fikrincə bu imici aktyoru 20 il daha yaşlı göstərir.

Bəzi istifadəçilər isə Hollivud ulduzunun yeni imici ilə yaşlı sevgilisinə uyğunlaşmağa çalışdığını düşünür.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri