13 
Noy
2020
10:21
720
10
4817
Virtual karabakh

Zelenskidən maraqlı addım: Doğru xəbərləri hər gün özü təqdim edəcək - VİDEO

13 Noy, 2020
10:21
4817

Zelenskidən maraqlı addım: Doğru xəbərləri hər gün özü təqdim edəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KİV-in yaydığı informasiyalarda neqativlik çox olduğu üçün Ukrayna Prezidenti Vladimir Zelenski bundan sonra doğru xəbərləri özü təqdim etmək qərarına gəlib. 

Dövlət başçısı bunu özünün “Telegram” kanalında yayımladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, iş adamlarına və siyasətçilərə məxsus olan Ukrayna telekanallarında ürək açan xəbərlər yoxdur, yaxud da müsbət gündəm mənfiyə çevrilir.

“Ənənənin əksinə olaraq, Ukrayna Prezidenti olaraq mənim öz televiziya kanallarım və media qurumlarım yoxdur. Buna görə də iş günü hadisələri barədə vasitəçilər olmadan, manipulyasiyasız və ən əsası, yalan danışmadan özüm sizlərə xəbər verəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak dövlət başçısının video bloqu barədə elan yayımlamışdı.

Onun sözlərinə görə, kontent kimi orada 10 dəqiqəlik video hazırlanması planlaşdırılır. Burada V.Zelenski ölkə üçün bir neçə aktual məsələni işıqlandıracaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri