14 
Noy
2020
11:22
1201
116
10414
Virtual karabakh

Armen Ciqarxanyan vəfat edib

14 Noy, 2020
11:22
10414

Armen Ciqarxanyan vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SSRİ-nin xalq artisti Armen Ciqarxanyan 86 yaşında vəfat edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Görkəmli sənətkar və lider, adını daşıyan teatrın rəhbəri Armen Borisoviç Ciqarxanyan öldü”, - deyə məlumatda bildirilib.

Onun ölümünün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, artist hər zaman Azərbaycana qarşı isti münasibəti ilə fərqlənib. Müsahibələrinin birində o, Bakıda dəfələrlə səfərlərdə olduğunu, qastrollarda çıxış etdiyini, filmlərə çəkildiyini və buraların onun üçün çox xoş olduğunu demiş və “Əgər sabah məni Bakıya çağırsalar, məmnuniyyətlə gedərəm”, - deyə əlavə etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri