23 
Noy
2020
17:06
34
454
4929
Virtual karabakh

Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO

23 Noy, 2020
17:06
4929

Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir. 

Baku TV xəbər verir ki, belə abidələrdən biri də guya ermənilərin olan Dadivəng, yəni Xudavəng monastr kompleksidir. 

Tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun sözlərinə görə, ermənilərin Vətən Müharibəsindən sonra Alban abidələrini bu səpkidə qabartmasının səbəbi özlərinin Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə hesablanıb.

“O ki, qaldı Xudəvəng kilsəsi, eləcə də, Qarabağ bölgəsində mövcud olan yüzlərlə xristian abidəsinə, onların iddiasının heç bir elmi əsası yoxdur. Biz bildiyimiz tarixi və memarlıq nöqteyi-nəzərdən bu abidələrin əksəriyyəti Qafqaz Albaniyasının maddi mədəniyyət irsinə daxildir. 

Bu faktlar monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın Aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid  olub. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri