30 
Noy
2020
23:20
110
39
2090
Virtual karabakh

“Var səsi ilə” müsabiqəsinin yeni formatda ilk buraxılışı - VİDEO

30 Noy, 2020
23:20
2090

“Var səsi ilə” müsabiqəsinin yeni formatda ilk buraxılışı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Var səsi ilə” (“Vo ves golos”) beynəlxalq musiqi müsabiqəsinin dördüncü mövsümünün ilk buraxılışı yayımlanıb.

Koronavirus pandemiyası səbəbindən müsabiqənin bu mövsümü yeni formatda keçirilib.

Belə ki, hər bir iştirakçı ölkə öz şəhərindən çıxış edib. Onların çıxışları “MİR” telekanalında telekörpü vasitəsi ilə onlayn formatda yayımlanıb.

Müsabiqədə Azərbaycanı Emil Qədirovun məşqçisi olduğu komanda təmsil edir. “Var səsi ilə” müsabiqəsinin ilk buraxılışında məşqçimiz Emil Qədirov özünün Moskvada, tələbələrinin isə Bakıda olduğunu, lakin buna baxmayaraq gənclərin öz ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Azərbaycan komandası elə Emil Qədirovun yazdığı “Müharibəyə yox” adlı mahnını ifa edib.

Müsabiqədə Azərbaycanı təmsil edən komanda gənc ifaçılar - Atilla Qərib, Zaminə Nurullayeva, Emilya Hacıyeva, Lalə Qafarova və Nazim Məmmədovdan ibarətdir.

Qeyd edək ki, N.Məmmədov, L.Qafarova və Z.Nurullayeva Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin uşaq estrada sənəti sinfinin şagirdləridir.

Komandanın rəhbəri Fidan Mir-Qədirovadır.

İlk verilişi təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri