10 
Dek
2020
09:28
145
17
4022
Virtual karabakh

“Facebook” şirkəti “Instagram” və “WhatsApp”ı satmağa məcbur edilə bilər

10 Dek, 2020
09:28
4022

“Facebook” şirkəti “Instagram” və “WhatsApp”ı satmağa məcbur edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Federal Ticarət Komissiyası (FTC) və ölkənin 48 əyaləti “Facebook”a qarşı iddia qaldırıb.

“Reuters” xəbər verir ki, şirkət antitrest qanunlarını pozmaqda günahlandırılır.

“Təxminən on ildir ki, “Facebook” hökmranlığından və inhisar gücündən kiçik rəqibləri əzmək üçün müntəzəm sosial şəbəkə üzvlərinin hesabından istifadə edib”, - deyə Nyu-York Baş prokuroru Laetitia Ceyms bildirib.

Onun sözlərinə görə, şirkət “Facebook”un bazarda hökmranlığının təhlükəyə düşə biləcəyindən ehtiyatlanaraq rəqiblərini əldə etmək üçün böyük miqdarda pul xərcləyib.

FTC məhkəmədə “Instagram” və “WhatsApp” da daxil olmaqla “ədalətli rəqabətin təminatını” tələb edəcəyini göstərən açıqlama verib.

48 ştatdan olan səlahiyyətlilərin koalisiyası məhkəməyə müraciətində “Facebook”un “Instagram” və “WhatsApp”ı almasının qanunsuz elan olunmasını tələb ediblər.

“Facebook” “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara, “Instagram”ı 2012-ci ildə 1 milyard dollara əldə edib.

2019-cu ilin iyul ayında ABŞ səlahiyyətliləri “Amazon”, “Facebook”, “Google” və “Apple”la qarşı antitrest araşdırmalarının başladığını elan ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri