31 
Dek
2020
05:00
22
145
1966
Virtual karabakh

Elvis Preslinin musiqilərinin bəstəkarı koronavirusdan vəfat etdi

31 Dek, 2020
05:00
1966

Elvis Preslinin musiqilərinin bəstəkarı koronavirusdan vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latın Amerikası və İspan musiqisinin inkişafına böyük töhfə verən meksikalı məşhur bəstəkar Armando Manzanero 85 yaşında vəfat edib.

Bu barədə “El Universal” xəbər yayıb.

Dekabrın ortalarında Manzaneroya koronavirus diaqnozu qoyulmuşdu. Bir neçə gün sonra musiqiçi reanimasiyaya köçürülüb və ağ ciyərlərin süni ventilyasiyası aparatına qoşulub.

Bir müddət sonra Manzaneronun vəziyyəti nisbətən düzəlmiş kimi görünsə də, ürək tutmasından qəfil ölüb.

Bəstəkar həyatı boyu 400-dən çox mahnı yazıb və 30 albom buraxıb. Onun bəstələrini Frank Sinatra, Elvis Presli, Perri Komo və Kristina Agilera kimi məşhurlar səsləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri