31 
Dek
2020
18:15
66
594
9242
Virtual karabakh

Əslən Azərbaycandan olan fransalı aktyor vəfat etdi

31 Dek, 2020
18:15
9242

Əslən Azərbaycandan olan fransalı aktyor vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan əsilli fransız aktyor, rejissor, mədəniyyət xadimi Rober Hosseyn 93 yaşında vəfat edib.

TASS onun ailəsinə istinadla məlumat yayıb. Hosseynin xəstəxanada həyatını itirdiyi bildirilir.

20 dən çox filmin müəllifi kimi rejissorluq fəaliyyəti ilə də məşğul olan Hosseynin sonuncu filmi “Məryəm adlı qadın” olub. Onun ən uğurlu tamaşası “Paris Notre Dame”dır.

1927-ci ildə Parisdə doğulan Hosseynin atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından olub. O, Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib.

Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adı ilə çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri