Yan
2021
17:27
465
116
3478
Virtual karabakh

Tağıyevin maddi yardımı ilə Bakıda inşa edilən pravoslav kilsəsi - VİDEO

5 Yan, 2021
17:27
3478

Tağıyevin maddi yardımı ilə Bakıda inşa edilən pravoslav kilsəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri