Yan
2021
14:46
543
32
1823
Virtual karabakh

Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

6 Yan, 2021
14:46
1823

Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq”.

Bunu Azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.

Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:

“Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri