Yan
2021
15:24
442
11
2419
Virtual karabakh

Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanıldı - RƏSMİ

8 Yan, 2021
15:24
2419

Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Tədbirlər Planının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim edilib:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır.

Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Belə ki, lazım olan materialların yığılması üzrə Tədbirlər Planının ilkin layihəsi və bununla əlaqədar yaradılacaq İşçi Qrupunun tərkibinə daxil edilməli dövlət qurumlarının siyahısı tərtib edilib və Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, lazımi materialların toplanmasına köməklik göstərilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına birbaşa müraciətlər ünvanlanıb.

Qeyd edək ki, toplanacaq materialların müasir standartlar səviyyəsində və müxtəlif kreativ vasitələrlə muzeydə təqdim edilməsi planlaşdırılır”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri