Yan
2021
23:42
671
32
10069
Virtual karabakh

Səxavət Məmmədovun məzarı illər sonra - VİDEO

8 Yan, 2021
23:42
10069

Səxavət Məmmədovun məzarı illər sonra - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə, Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşını kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb. 

Daha sonra isə ifaçının doğulduğu Abdal Gülablı  kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Xatırladaq ki, Səxavət Məmmədov muğam ustası Firuz Səxavətin böyük qardaşıdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri