10 
Yan
2021
16:46
340
81
2693
Virtual karabakh

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək - VİDEO

10 Yan, 2021
16:46
2693

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.

Təşkilatın rəsmi saytı xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri