13 
Yan
2021
13:29
375
19
7514
yuxarı
Səlcuq sultanının məzarı tapıldı - FOTO/VİDEO
13 Yan, 2021
13:29
7514
375
19
Səlcuq sultanının məzarı tapıldı - FOTO/VİDEO
Diyarbəkirin Silvan vilayətinin Diclə Universiteti tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Anadolu (Rum) Səlcuq sultanı I Qılıcarslan və qızı Səidə Xatunun məzarları tapılıb.
“Anadolu” agentliyinin məlumatına görə, dəyərli tapıntılar Orta Çeşmə Parkının ərazisində aşkar olunub. Doqquz gün davam edən təmizləmə işləri nəticəsində hər iki məzar tam olaraq üzə çıxarılıb.
Alimlər bu tapıntıların bölgə və bütövlükdə türk tarixi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək