19 
Yan
2021
07:40
145
30
5674
Virtual karabakh

99 yaşlı tanınmış aktrisa uzunömürlülüyün sirrini açıqladı - FOTO

19 Yan, 2021
07:40
5674

99 yaşlı tanınmış aktrisa uzunömürlülüyün sirrini açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı tanınmış aktrisa və komediyaçı Betti Uayt uzunömürlülüyün sirrini açıqlayıb. O, bunun səbəbinin əsasən yumor hissində olduğunu deyib.

Bu barədə KGUN 9 telekanalı xəbər verib.

Betti Uayt 1922-ci ildə İllinoys ştatında anadan olub. Həmişə heyvan haqlarının müdafiəsi ilə tanınan məşhur aktrisa gənc yaşlarında meşəbəyi olmağı arzulayıb, ancaq həmin dövrlərdə bu vəzifə qadınlar üçün əlçatan olmayıb.

Uaytın 88 yaşı olanda ABŞ Meşə Xidməti onu fəxri meşəbəyi təyin edib.

99 yaşlı gülüş ustası yumor hissindən əlavə, heyvan sevgisinin də onun ömrünün uzunluğuna təsir etdiyini bildirib.

“Özünüzü çox ciddiyə almayın. Başqalarına yalan danışa bilərsiniz, ancaq özünüzə əsla”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri