18 
Yan
2021
15:30
23
451
5916
Virtual karabakh

Xalq artisti infarkt keçirdi: Vəziyyəti ağırdır

18 Yan, 2021
15:30
5916

Xalq artisti infarkt keçirdi: Vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, Xalq artisti ötən gün infarkt keçirib:

“E.Quliyev əvvəlcə özəl xəstəxanaya aparılsa da, daha sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri