19 
Fev
2021
22:10
510
10
4660
Virtual karabakh

Gəncə və Bərdə hadisələri haqqında film çəkilir - FOTO

19 Fev, 2021
22:10
4660

Gəncə və Bərdə hadisələri haqqında film çəkilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı sənədli film çəkilir.

Bu barədə Kulis.az-a filmin quruluşçu rejissoru Pərviz Həsənov məlumat verib.

Layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumat yer alıb. Layihədə həmçinin Qarabağ münaqişəsinin başlanması, Vətən müharibəsində müzəffər ordumuzun qazandığı uğurlar,həmçinin erməni qəsbkarlarının ötən ilin oktyabrında Gəncə şəhəri və Bərdə rayonuna dinc əhalinin bombardmana məruz qoyulmasından söhbət açılır. Həmçinin bu terrorda şəhid olan dinc əhalinin, ağır yaralanan əhalinin başına gətirilən bəlalar da bu layihənin əsas məqsədlərindən biridir

Qeyd edək ki, layihənin rəhbəri Nigar Ələsgərova quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru Elçin Ağazadə, ssenari müəllifi Pərviz Seyidli, prodüsser Vüqar Əliyev, icraçı prodüsser Fuad Cəfərov, layihənin meneceri Əziz Məmmədovdur.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri