23 
Fev
2021
11:15
18
125
8845
Virtual karabakh

Yalçın Rzazadənin ailəsinə vəsiyyəti açıqlandı

23 Fev, 2021
11:15
8845

Yalçın Rzazadənin ailəsinə vəsiyyəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Yalçın Rzazadənin oğlu atasının son saatları haqqında danışıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bildirib ki, atası ötən gün saat 17:00-da rəhmətə gedib: 

“Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaşı - bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm...”

Xalq artistinin oğlu Yalçın Rzazadənin sənət dostlarından və atasının son vəsiyyətindən də danışıb:

“Yalçın müəllimlə əlaqə saxlayırdılar. Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı.

Atam heç vaxt ailəsi haqqında danışmağı sevməzdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. Ağlamaq şakəri deyildi. Vəsiyyət olaraq deyirdi ki, məndən sonra ağlamayın”.

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri