25 
Fev
2021
10:24
20
371
7885
Virtual karabakh

Rusiyada iyirmi yaşlı yazıçı aclıqdan öldü

Rusiyanın paytaxtı Moskva şəhərində yazıçı Adelina Şeldon yaşadığı mənzildən ölü vəziyyətdə tapılıb.

Mk.ru xəbər verir ki, yazıçının aclıqdan öldüyü ehtimal edilir.

20 yaşlı Şeldonun meyiti kirayə götürdüyü mənzilin sahibi tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, bir neçə gündür yazıçı ilə əlaqə qurmağa çalışsa da, o, telefona və mesajlara cavab verməyib. Sonra kişi mənzilə gəlib və çilingərin köməyi ilə qapını açaraq bir neçə gün əvvəl ölmüş Şeldonun meyitini tapıb. Polislər meyitin üzərində zorakılıq izləri aşkar etməyiblər. Mənzildə demək olar ki, yemək olmayıb. Qız gündəliyində son bir il ərzində quru oruc (bütün quru qidalardan imtina edib, yalnız su içmək) tutduğunu yazıb.

Adelina Şeldon XVII-XVIII əsrlərdə Fransa kral ailəsinə həsr olunmuş “Vencenosnıe” kitabının müəllifi kimi tanınır. Əslən Ukraynadan olan yazıçı Edinburq Universitetinin tələbəsi idi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri