14 
Mar
2021
18:10
79
245
6851
Virtual karabakh

Azərbaycanın gözəlləri “Make-Up Academy”də - FOTO

14 Mar, 2021
18:10
6851

Azərbaycanın gözəlləri “Make-Up Academy”də - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Make-Up Academy”nin peşəkar makiyaj akademiyasında gözəl şərq dekorasiyası və rəngarəng geyimlərlə “Azərbaycan gözəlləri” adlı layihə həyata keçirilib.

Bu barədə Oxu.Az “Make-Up Academy”dən məlumat verilib.

Bildirilib ki, layihənin rəhbəri Nərmin Həsənovadır.

Gözəllər arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, aktrisa Oksana Rəsulova, məşhur Azərbaycan televiziya aparıcısı Leyla Quliyeva, yazıçı Nərminə Məmmədzadə, stilist-dizayner Vəfa İsazadə, müğənni Vlada Axundova və mədəniyyət işçisi Arzu Vaqifqızı yer alıb.

Layihə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, “Decoration weddings”, “Azerbaijan Kelagayi”, “Butali Azerbaijan Jewelry” və “Kishmish Agency” tərəfindən dəstəklənib.

Layihənin makiyaj sənətçiləri Natalya İsmayılova, Nura Babayeva və Ofeliya Həsənovadır.

Qeyd etmək istərdik ki, “Make-Up Academy” beynəlxalq səviyyəli ixtisaslı və sertifikatlı ustad müəllimlərin çalışdığı təlim mərkəzidir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri