3 
Apr
2021
03:50
39
77
2797
yuxarı
Keyt Uinsletin baş rolunu oynadığı kriminal serialın treyleri yayımlandı – VİDEO
Baş rolda “Oskar” mükafatçısı Keyt Uinsletin oynadığı “Mare of Easttown” mini-serialının treyleri yayımlanıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Süjetə əsasən Pensilvaniyada (ABŞ) kiçik qəsəbədən Meyr Şihan (Uinslet) adlı bir detektiv doğma yurdunda baş verən qətl hadisəsini araşdırır. Paralel olaraq, əsas xarakterin şəxsi həyatında da bir sıra problemlər mövcuddur.
Yeddi epizoddan ibarət serialın müəllifi Bred İnqelsbi (“American Woman ”, “The Way Back ”), rejissoru isə Kreyq Zobeldir (“Compliance”, “The Hunt”).
Keyt Uinsletlə yanaşı baş rolda Culianna Nikolson, Cin Smart, Enqauri Rays, Evan Piters və başqaları yer alıb.
“Mare of Easttown” serialının premyerası aprelin 18-i HBO-da yayımlanacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
15 
Apr
2021
14:54
Samirə Əfəndi “Avroviziya” barədə: “Yeddi il bu qapıları döydüm” - MÜSAHİBƏ
27
176
1751
13 
Apr
2021
03:40
BAFTA mükafatının əsas kateqoriyalar üzrə qalibləri açıqlandı - SİYAHI+FOTO
40
16
1864