13 
Apr
2021
14:51
14
184
4914
Virtual karabakh

Eldar Bağırbəyov: “Müalicəmə ayda min manatdan çox pul xərclənir”

13 Apr, 2021
14:51
4914

Eldar Bağırbəyov: “Müalicəmə ayda min manatdan çox pul xərclənir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqa bir insanın ağrısını görmək bəzən özünün hiss edə biləcəyindən daha xoşagəlməz olur. Xüsusilə də həmin şəxsin insanlara sevinc bəxş etməyə alışmış biri olanda. Söhbət Eldar Bağırbəyovdan gedir.

Geniş ictimaiyyət onu ecazkar və ustad aktyor kimi tanıyır. O, həmçinin çox gözəl müğənni, Bakı şansonunun ustasıdır, tədbirlərin aparıcısı kimi də tanınır.

Ancaq E.Bağırbəyovun həm də bədənində mərmi parçası şəklində xatirə saxlayan Birinci Qarabağ müharibəsinin veteranı olduğunu hamı bilmir. Yaradan gələn ağrı təxminən 30 ilə yaxın özünü unutmağa qoymayıb. İki il əvvəl başlayan şiddətli ağrılar isə hətta döyüş zədələrini belə bir kənara atdı:

- Hər şey qəfil başladı. İlk dəfə 2019-cu ildə Gürcüstanda yıxıldım. Ancaq buna əhəmiyyət vermədim: bunu Batuminin nəmli iqlimi ilə əlaqələndirdim, blokatorlar vurdurdum. Bir müddət sonra ağrılar yenidən başladı və artıq getmədi. Əvvəlcə yırtıq şübhəsi var idi. Onurğa yırtığı protokolu məlumdur: ən yaxşı müalicə onurğanın daimi dartınmasıdır. Ancaq bunu düzgün yerinə yetirməlisən. Yerli klinikalardan birində dartınma prosessində meniskim yırtıldı. İndi ağrılarıma bir də axsamaq əlavə olundu. Bu məni faktiki olaraq yataq xəstəsi etdi.

- Sonda sizə nə diaqnoz qoyuldu?

- Bəla burasındadır ki, hələ də diaqnoz qoya bilməyiblər. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm: səriştəsizlik, yoxsa mövzunu bilməmələri ilə. Bəlkə də mənim işimlə bağlı çox ciddi deyillər. Bilmirəm. Mümkündür ki, mənim tibbdə indiyə qədər məlum olmayan xəstəliyim var. Ancaq bunun üçün də nəticə çıxarmaq, qeydiyyat aparmaq, müalicə təyin etmək və sair lazımdır. Belədə isə həkimlər məni sadəcə bir-birlərinə ötürür, ən yaxşı halda çiyinlərini çəkirlər.

- Neçə həkimdən keçmisiniz? Onların adlarını çəkə bilərsiniz? Bu həkim qəbullarından biri barədə danışın...

- Etik səbəblərdən onların adlarını çəkməyəcəyəm, kiminsə məndən inciməsini istəmirəm. Ancaq bu, iki ildə 14 həkimdir! Təsəvvür edirsiniz?! Təkcə son iki ayda altı MRT prosedurundan keçdim. Şəkillərə baxırlar və başıma gələnləri anlaya bilmirlər.

Deyirlər, bunlar öz sahələrinin ən yaxşı mütəxəssisləri - travmatoloqlar, neyrocərrahlar, nevropatoloqlarıdır.

Əksər həkimlərin prosedurları bənzərdir. Müayinə edirlər, maksimum 5-6 günə məni ayağa qaldıracaqlarına vəd veririlər. Yetkin, hörmətli insanlar bunu dedikdə, insanda ümid yaranır. Bir həftə, 10 gün, iki həftə keçir… amma zərrə qədər də irəliləyiş hiss olunmur. Bütün bu müddətdə müxtəlif təyinatlı dərmanlar qəbul etmişəm.

İş həkimə baş çəkməklə bitmir. Yəqin ki, artıq bütün farmakologiya spektrini - tabletlər, məlhəmlər, iynələr, damlalar, masajlar istifadə etmişəm. Bütün bunlar isə puldur. Ayda müalicəyə min manatdan çox pul xərclənir. İmkanı çatan hər kəsə borcluyam.

Bir çoxları xaricdə müalicə olunmağımı məsləhət görür. Ancaq xarici klinikaların qiymətlərinə baxmağa belə cürət etmirəm, çünki bu cür müalicə üçün pul toplaya bilməyəcəyim dəqiqdir.

Birlikdə Eldar Bağırbəyovun ampluasına qayıtmasına kömək edə - insanlara yenidən sevinc və işıq gətirə bilərik. Necə deyərlər, kimin nəyə gücü çatırsa…

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri