17 
Apr
2021
16:19
376
55
13403
Virtual karabakh

“Kurtlar Vadisi”nin Güllü Erhanı Bakıda - MÜSAHİBƏ

17 Apr, 2021
16:19
13403

“Kurtlar Vadisi”nin Güllü Erhanı Bakıda - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib. 

Aktyor News24.az-ın suallarını cavablandırıb. 

- Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz? 

- Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. 

Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram. 

- Sizin yaradıcılığınızda “Kurtlar Vadisi” serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir? 

- “Kurtlar Vadisi” serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir. 

- “Kurtlar Vadisi” serialının  davamı olaraq “Kurtlar Vadisi Xaos”un çəkilməsi haqqında xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur? 

- Hələ ki, dəqiq məlumatımız yoxdur. Bununla bağlı serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bunun haqqında öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur. 

- “Kurtlar Vadisi Xaos” serialı çəkilsə, orda yer alacaqsınız? 

- Bəli. Serial çəkiləcəksə, layihədə yer alacam. 

- Aktyor Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi? 

- Təbii ki... Hər hansısa bir problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımla çox gözəl münasibətim var.

- 14 il “Kurtlar Vadisi” serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir? 

- 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır, məşhur olursan. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər. Bu, çox gözəl hissdir.

- Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb. 

- Bunun da müddəti var. Bəli, bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi, indi isə drama maraq daha böyükdür. Hazırda insanların daha çox marağına səbəb olan seriallar çəkilir. Həmin layihə uğurlu alındıqdan sonra onun davamı çəkilir. 

- Hazırda Türkiyədə “Netflix” kimi bir sıra sosial platformalar tamaşaçının maraq dairəsindədir. Sizə televiziya, yoxsa sosial platformada yer almaq daha asandır? 

- Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər. 

- Sizi Azərbaycanda “Kurtlar Vadisi” serialının Güllü Erhanı kimi tanıyırlar. Ölkəmizdə reaksiyalar necədir? 

- Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhandır. Ona görə də hər hansı çətinliyim yoxdur. 

- Deyirlər ki, Türkiyənin tanınmış rejissoru Osman Sınav Qarabağla bağlı film çəkəcək.

- Bu haqda Bakıya gələrkən eşitdim. İnşallah film çəkərlər. Çox gözəl bir təşəbbüsdür. Niyə də olmasın?

- Qarabağla bağlı layihədə yer almaq istərdinizmi? 

- Təbii ki, böyük məmnuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim. 

- Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir? 

- Qarabağ bizim məbədimizdir. Nəhayət ki, əzəli torpağımıza qovuşduq. Bu, təbii ki, bir qardaş ölkənin nümayəndəsi kimi çox sevindirdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri