18 
Apr
2021
13:47
121
227
11204
Virtual karabakh

Xalq artisti Eldar Quliyev dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

18 Apr, 2021
13:47
11204

Xalq artisti Eldar Quliyev dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, Xalq aristi Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

13:30

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb.

Mərhumun nəşinin torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılır.

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

12:53

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri