26 
Apr
2021
09:36
101
16
4841
Virtual karabakh

93-cü “Oskar” mükafatı öz sahiblərini tapdı

26 Apr, 2021
09:36
4841

93-cü “Oskar” mükafatı öz sahiblərini tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərində “Oskar” mükafatının 93-cü təqdimetmə mərasimi keçirilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, Xloya Çjaonun rejissoru olduğu “Köçərilərin torpağı” filmi 2020-ci ilin ən yaxşı ekran əsəri kateqoriyası üzrə “Oskar” mükafatı qazanıb.

Məşhur britaniyalı aktyoru Entoni Hopkins rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə ilin ən yaxşı kişi aktyoru kateqoriyası üzrə mükafata layiq görülüb.

Bununla da o, “Oskar” mükafatının ən yaşlı sahibi olub.

İlin ən yaxşı qadın aktrisası nominasiyasında “Oscar” mükafatına “Köçərilərin torpağı” filmindəki roluna görə  Franses MakDormand layiq görülüb.

“Mənim müəllimim - səkkizayaqlı ilbiz” sənədli filmi isə 2020-ci ilin “Ən yaxşı sənədli film” kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri